Xaricdə verilmiş elmi dərəcələrin 35-i tanınıb

14:34 06.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb.

Hafta.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası (AAK) məlumat yayıb.

Belə ki, ən çox tanınan elmi dərəcələr Türkiyəyə (16) məxsusdur. Digər tanınan sənədlər Rusiya (4), Almaniya (3), Ukrayna (3), Macarıstan (3), Fransa (2), Çexiya (1), Yaponiya (1), Finlandiya (1) və Belçikaya (1) aid olub.